Abşeronda yük avtomobilləri toqquşdu
Abşeron rayonunda yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, Abşeron rayonunda “Shacman” və “Kamaz” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış “Shacman” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil veriblər.