ADY-nin azad edilmiş ərazilərdə gördüyü işlər açıqlandı

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) azad olunmuş ərazilərdə işçi qatarlarını cəlb edərək bərpa layihələrinin icrasında yaxından iştirak etməklə yanaşı, öz infrastrukturunu da bərpa edir.

media-banner_tuq

Yenicag.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən məlumat verir.

Bu istiqamətdə:

– 2021-ci ildə Prezident İlham Əliyev Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Bir qədər sonra dəmiryol xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb;

– Hazırda Horadiz–Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 60 faizi yekunlaşıb;

– 2021-ci ildə həm də Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb;

– Bu xətt üzrə layihələndirmə işlərinin 95, tikintinin isə 94 faizi tamamlanıb;

– Birinci mərhələ üzrə Bərdə stansiyası, Köçərli stansiyası, Təzəkənd stansiyası və xidməti binaların tikintisi başa çatdırılıb;

– İkinci mərhələ üzrə Ağdam dəmiryol və avtovağzal kompleksində isə tikinti işləri davam edir;

– Həmçinin Ağdam–Xankəndi yolunun bərpası üçün layihələndirmə işlərinə başlanılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05