Ağır qəzaya düşən Nadir Qafarzadənin xanımı şok keçirtdi - VideoSON DƏQİQƏ

media-hightechnic-468x90

Müğənni Nadir Qafarzadə yol qəzası keçirdib.

Sənətçi baş verən hadisə ilə bağlı Yenicag.az-a açıqlama verib:

“Hadisə dünən axşam saatlarında Nabrandan Bakıya qayıdarkən baş verib. Rusiya dövlət nişanlı “Moskviç” markalı avtomobillə toqquşdum. Günah onda oldu. Çünki qayda pozuntusuna yol verərək, dönmə nişanı olmayan yerdən manevr etdi. Mən də arxadan onu vurdum, avtomobili çox pis zədələndi. Onun maşınını evakuatorla Bakıya gətirdilər. Həyat yoldaşım Sevinc maşında idi. Qəza baş verən anda xanımım şok keçirtdi. Hələ də hadisənin təsiri altındadır. Ona görə çox narahatam, amma şükür ki, salamatıq. Maşın dəmir parçasıdır, əsas odur ki, özümüzə heç nə olmadı”.

Cəvahir
Yenicag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa