Ağır xəstə olduğu deyilən Musa Yaqubun kürəkəni: "Domino oynayır"

media-hightechnic-468x90

Tanınmış şair Musa Yaqubun səhhətinin ağırlaşması ilə bağlı xəbər yayılıb.

Yenicag.az məsələ ilə bağlı şairə zəng edib, dəstəyi şairin kürəkəni götürüb. Faiq Qarayev qaynatasının hazırda yatdığını bildirib:

“Musa müəllim yatdığı üçün telefonunu mən açdım. Kim deyir ki, vəziyyəti ağırdır? Kişi deyir-gülür, domino oynayır. Sadəcə, qripə yoluxduğu üçün bir az çətin nəfəs alır. Boğazında da faringit var. 15 gün əvvəl İsmayıllı xəstəxanasında müalicə alıb. İndi də evdədir. Bir azdan yuxudan duracaq, yel çərşənbəsini qeyd edəcəyik”.

Qeyd edək ki, xəbəri Moderator.az saytı yayıb.

Cəvahir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa