Aİ-95 markalı avtomobil benzininin istehsalı azalıb

media-hightechnic-468x90

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 067,54 min ton Aİ-92 markalı avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 2,1% artım deməkdir.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, hesabat dövründə ölkədə 13,8 min ton Aİ-95 markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,02% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 1 081,3 min ton avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 1% çoxdur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa