Akrobatika üzrə ölkə birinciliyi keçirili
Azərbaycan Gimnastika Federasiyası akrobatika üzrə ölkə birinciliyi keçirir.
Yarışlarda Bakı gimnastika məktəbini, paytaxtın Nizami rayonundakı idman məktəbini və “Neftçi” idman klubunu təmsil edən 33 idmançı iştirak edir.
Yuniorlar dərəcəsində qadın cütlükləri arasında birinci yeri Əzizə Quliyeva–Zamirə Rizayeva, ikinci yeri Emiliya Nəzərli–Raziyə Seyidli, üçüncü yeri Firuzə Sadıqova-Lamiyə Quliyeva cütlükləri tutub.
Yeniyetmələr dərəcəsində qadın cütlükləri arasında birinci yeri Aygün Əhmədova-Ruhidil Qurbanlı, ikinci yeri Lamiyə Nəcəfli–Jalə Abbasova, üçüncü yeri Məryəm Qurbanova–Ülviyyə İsgəndərli cütlükləri tutub.
Yeniyetmələr dərəcəsində qadın trioları arasında birinci yeri Alla Zakiryayeva–Səmra Əsgərova–Ləman Zeynalzadə, ikinci yeri Uilyams Keyli–Fərmanova Nəzrin-Bəşirova Leyla, üçüncü yeri Həcər Baxşəlizadə-Fatimə Məmmədova-Valeriya Yazmina trioları tutub.
Gənclər dərəcəsində qarışıq cütlüklər arasında birinci yeri Ağasif Rəhimov–Nurcan Cabbarlı, ikinci yeri Cavid Hacızadə-Ceyla Zakiryayeva, üçüncü yeri İlkin Abdullayev-Fatimə Hacıyeva cütlükləri tutub.
Yuniorlar dərəcəsində kişi cütlükləri arasında birinci yeri Bəxtiyar İbrahimov–Seymur Babayev cütlüyü tutub.
Yeniyetmələr dərəcəsində kişi cütlükləri arasında birinci yeri Seymur Cəfərov-Murad Əkbərov cütlüyü tutub.
Gənclər dərəcəsində (13-19 yaş) kişi cütlükləri arasında birinci yeri Emin Gülməmmədli-Elçin Əlibəyov cütlüyü tutub.
(qafqazinfo.az)