Aktrisadan qadınları “mətbəx”ə göndərən Kamal Abdullaya: “Qadınlarla niyə dil tapa bilmirsiniz?”

media-hightechnic-468x90

Xalq yazıçısı Kamal Abdullanın “Qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər” fikri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi məşhur xanımlar onun bu fikrinə qarşı çıxıblar.

media-banner_tkm

Yenicag.az-a açıqlama verən aktrisa Könül Yusifqızı qarşı tərəfə səslənib:

“Kamal müəllimin həyat yoldaşı evdar qadındırmı? Əgər evdar qadındırsa, yəqin ona görə belə açıqlama verib. Yox, əgər onun həyat yoldaşı iş xanımıdırsa, yenə də ondan acıqlı qalıb. Onun söylədiyinin biz qadınlarla heç bir əlaqəsi yoxdur. Yəni, bu, Kamal müəllimin düşüncəsidir. Nədirsə, qadınlarla dil tapa bilmir, yəqin ona görə belə deyir. Zənnimcə, çox hörmətli Kamal Abdulla qadınlardan çox yara alıb, indi məqam düşüb, ürəyini boşaldır. Xanımlardan çox yanıqlısınız deyəsən? Hərçənd ondan bunu heç gözləməzdim”.

Qeyd edək ki, Kamal Abdulla bu fikri “Qafqazinfo”ya açıqlamasında bildirib.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05