Aktrisanın ƏN BÖYÜK QORXUSU: “İstəmərəm, o məndən...”
“İstəmərəm o məndən tez dünyadan köçsün. Yoxsa, mənə çox çətin olar”.
Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova “Öz aramızda” verilişində deyib.
Aktrisa şəxsi həyatı ilə bağlı gizlinləri bölüşərək kövrəlib:
“Uzun illər anama qarşı münasibətim bir az soyuq idi. Atamı tez itirdiyimə görə elə bilirdim onu daha çox istəyirəm, çünki onun itkisini qəbul edə bilmirdim. Amma 28 yaşımda anama dedim ki, indiyə qədər səni niyə hiss edə bilməmişəm… Amma yaşımın bu çağında “ya ata, ya ana” deyə soruşsalar, anamı deyərəm. Hazırda 44 yaşım olsa da, hələ də anam yeməyimi hazırlayır, paltarlarımı ütüləyir. İstəmərəm o məndən tez dünyadan köçsün. Yoxsa, mənə çox çətin olar. Ana ola bilmədiyimə görə özüm də anam üçün uşaq qalmışam. O, mənim üçün hər şeydir. İnsanın həyat yoldaşı, övladları ola bilər, amma ananın yerini heç kim əvəz edə bilməz”.
Nehru













