Eşidib-bildiklərimizə görə, Türkiyədə məscidlərə insanları imamların oxuduqları xütbələr, danışdıqları hədislər, söhbətlər cəlb edir. Bakıda isə fərqli abu-hava varmış. Sən demə, imamın şirin dilləri, nəsihətləri “boş sözlər” imiş. Bizim bəzi “dindar”ları o hədislərdən daha canlı “hadisələr” cəlb edirmiş.
Neftçilər metrosunun yaxınlığında yerləşən İmam Zaman məscidinin düz yanında əxlaqsızlıq yuvasının peyda olması ilə bağlı redaksiyamıza şikayət daxil olub. Ölkə.Az-ın reportyor qrupu daxil olan şikayət əsasında məsələni araşdırmaq üçün Allahın evinin yanındakı sözügedən məkanın “qonağı” oldu. Apardığımız müşahidələr zamanı bəlli oldu ki, məscidin yanında yerləşən “Skarpion” adlı kafedə və “Lavazza” adlı barda əxlaqsızlıq yuvası mövcuddur. Müştəri qismində əyləşdiyimiz masaya ilk öncə ofisant yaxınlaşıb sifarişi aldıqdan sonra bizə xüsusi xidmət təklif edərək qızları önərdi. Qızların içəridə olduğunu və bir azdan bizimlə maraqlanacağını söylədi.
“Skarpion” adlı kafedəki qızların “xidməti” 25-35 AZN arası dəyişir. Bu xidmətə ofisantın söylədiyinə görə, hər şey daxildir. Ofisant massaj adı altında müxtəlif xidmətlər təklif etdikdən sonra əsas qızların saat 21:00-dan sonra “Lavazza” barda olduqlarını bildirib. Ora isə bir az “duzlu” yer olduğu üçün qiymətlər 50-60 manatdan başlayır.
Bildirilir ki, bura bir çox “dindarlar” da baş çəkir. Hətta elə zamanlar olur ki, məsciddən çıxdıqdan sonra birbaşa bura qaçırlar.
Yəhudi və xristianların əqidəsinə görə, Tanrıya xilaf olub şeytana uyan mələklər yerə çırpılırlar. Yerdə isə onlar məbədlərə əks gedib insanları günah eləməyə vadar edirlər. Onların xilası yoxdur, şeytan kimi əbədi odda yanacaqlar. Bizim də Avropalaşdığını sanan bir para kişilərimiz elə bilməsinlər ki, “Skarpion”dakı göydən enmiş mələklərə 3-5 manat pul verməklə, əllərini ruziyə çatdırmaqla onların həyatını çətinliklərdən xilas edirlər. Nə o mələklərin “reinkarnasiyası” var, nə siz yəhudi, yaxud da xristiansınız. Türklər demiş, “kəndinizə qayıdın”, amma “Skarpion”un yanı ilə yox, məscid tərəfdən…
www.yenicag.az