Allahşükür Paşazadə Roma Papasına məktub göndərib

media-hightechnic-468x90

8fd0f801ad03197591b6ae86e3df0b88Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 3-də Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek Solçinskini qəbul edib.

media-banner_tuq

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib.

Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən A. Paşazadə qarşıdan gələn Pasxa bayramı münasibətilə dünya katoliklərini təbrik edib və Zati-müqəddəslərinə təbrik məktubunu elçiyə təqdim edib.

Nunsi Marek Solçinski görüş imkanına görə QMİ sədrinə minnətdarlığını bildirib, Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib və bu əlaqələrin inkişafında Şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycandakı katolik icmasının başçısı ordinari Vladimir Fekete də iştirak edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05