Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə “Anadolu” xəbər agentliyinin Türkiyənin paytaxtı Ankarada xarici jurnalistlər üçün təşkil etdiyi “Enerji müxbirliyi” təlimləri başa çatıb.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, təlimdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Özbəkistan və Monqolustanda da daxil olmaqla, ümumilikdə 23 nəfər iştirak edib.
Təlim proqramının birinci mərhələsi oktyabrın 23-dən noyabrın 4-dək, ikinci mərhələsi isə noyabrın 6-dan 17-dək davam edib. Birinci mərhələdə enerji müxbirlərinə 86, ikinci mərhələdə isə 78 saat praktik və nəzəri dərslər keçirilib.
Təlim çərçivəsində iştirakçılar Türkiyə və dünyada enerjinin tarixi və bu sahədə mövcud vəziyyət, neft, qaz və elektrik sahələrindəki inkişaf, enerji diplomatiyası və enerji hüququ kimi peşə mövzuları ilə yaxından maraqlanmaq imkanı əldə ediblər.
Təlimi uğurla başa çatdıran iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimdə iştirak edənlər arasında OilGas.az saytının redaktoru Aydan Axundova da olub.
www.yenicag.az