Aparıcı Mətanət oğlundan GİLEYLƏNDİ: “34 yaşı olacaq, hələ də subaydır”
“34 yaşı olacaq, amma oğlum hələ də subaydır…”
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva öz verilişində deyib.
Aparıcı indiki gənclərin gec ailə qurmasından danışaraq gileylənib. O, oğlunun da subay gənclər sırasında olduğunu bildirib:
“İndiki oğlanlar çox gec evlənir. Biri də bizim evdə oturub. İyulun 27-də 34 yaşı olacaq. Amma deyir 35 yaşımda evlənəcəyəm. Görək də…”
Qeyd edək ki, Mətanətin iki oğul övladı var.
Nehru













