!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aparıcı Zümrüdü əvəzləyəcəyi deyilən Rövşanə QƏZƏBLƏNDİ: “Bəsdirin...”

!Reklam – Yazi

Space TV-də çalışan Rövşanə Ağasəfqızının ARB TV-də həmkarı, teleaparıcı Zümrüd Qasımovanı əvəzləyəcəyi barədə yayılan xəbərlər qarşı tərəfi qəzəbləndirib.

Yenicag.az-a açıqlama verən R. Ağasəfqızının yayılan xəbərlərə reaksiyası sərt olub:

“Necə yəni mən Zümrüdü əvəzləyəcəm? Niyə jurnalistlər xəbəri dəqiqləşdirmədən yalan-palan məlumatlar yazırlar? Bəsdirin! Adam haqqında xəbər yazanda bir özünə də zəng edib, məlumatı dəqiqləşdirərlər. Mən indi Qaxda dincəlirəm, heç bir saytı da izləmirəm. Telefonum da açıqdır, zəng edən də yoxdur. Ağızlarına gələni yazırlar. Tamaşaçılarıma da deyirəm ki, yayılan xəbərlərə inanmasınlar.”

Əslində, aparıcı xəbəri nə təsdiq, nə də təkzib edib:

“Mən yalnız sentyabrda hansı kanalda işləyib-işləməyəcəyim barədə qərarımı verəcəm və onda bu barədə açıqlamamı oxuyacaqlar”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

1899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv