Aprelin 4-nə kimi bütün azərbaycanlılar bu ölkədən çıxarılacaq

media-hightechnic-468x90

87475Yəməndən Rusiya və MDB ölkələri vətəndaşlarının təxliyəsi aprelin 4-də davam edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Hava məkanı vasitəsilə Rusiya humanitar reys marşrutlarının keçəcəyi dövlətlərlə aktiv iş aparılır.

Aprelin 3-nə keçən gecə Moskvadan iki xüsusi reys vasitəsilə Yəməndən 311 nəfər təxliyə edilib. Onlardan 152-si Rusiya, 47-si Özbəkistan, 16-sı Belarus, 8-i Ukrayna, 6-sı Azərbaycan, 4-ü Qırğızıstan, 4-ü isə Moldova vətəndaşıdır.

Rusiyanın Yəməndəki səfirliyindən isə müraciət edənlərə kömək ediləcəyi deyilib. “Bəziləri ölkəni tərk etmək istəmirlər. Ədəndə yeni siyahı hazırlanacaq. Səfirlik əməkdaşları işlərini davam etdirəcəklər”.

Qeyd edək ki, dünən 2 Azərbaycan vətəndaşı Rusiyanın köməyi ilə Sənan şəhərindən Moskvaya təxliyə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600