!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil Camal Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək

!Reklam – Yazi

“Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Qazaxıstanda keçiriləcək beynəlxaq konfransa qatılacaq.

“Müqəddəs Türküstan və Türk dünyasının mənəvi dirçəlişi” adlı elmi-praktik konfrans Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunur.

Noyabrın 19-da Qazaxıstanın Türküstan şəhərində keçiriləcək konfransda alimlər, türkoloqlar, filoloqlar, siyasi və ictimai xadimlər, diplomatik missiya təmsilçiləri iştirak edəcəklər.

Aqil Camal bildirib ki, 3 bölmədə keçiriləcək konfransın məqsədi Türk Dünyasının müqəddəs məkanları və Türküstanın mədəni dəyərləri ilə bağlı araşdırmaları, latın əlifbasına keçid, ortaq əlifba və dil məsələlərini müzakirə etməkdir.

www.yenicag.az

5691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv