!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan aqressiyalar, törədilən qətllər: “Vaxtında müalicə olunmazsa...” – SƏBƏBLƏR VƏ ÇIXIŞ YOLU

!Reklam – Yazi

“Aqressiya, əslində, valideynlərinin diqqətini çəkmək, onlardan intiqam almaq, yaxud da yetərsizlik və natamamlıq kompleksi üzərində qurulur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında psixoloq Ülviyyə Murtuzova son vaxtlar yeniyetmə və gənclər arasında artan aqessiyalar və bu aqressiya fonunda törədilər ağır qətl hadisələri barədə sualımızı cavablandırarkən deyib.

O, aqressiyanı yaradan üç vacib səbəbi açıqlayıb.

“İnsanda aqressiya 6 yaşına qədər formalaşır. 6-7 yaşdan sonra isə artıq oturuşur. Aqressiya, əslində, valideynlərinin diqqətini çəkmək, onlardan intiqam almaq, yaxud da yetərsizlik və natamamlıq kompleksi üzərində qurulur. Bu üç səbəb var ki, aqressiyanı yaradır. Səbəblər həddindən artıq çoxdur.
Həddindən artıq sevgi görən uşaqlarda isterik kaprizlər etməsi, bir də qayğı və diqqətdən geri qalmaq, valideynsiz böyüyən uşaqlar, uşağın istismara, zorakılığa məruz qalması, doğuş zamanı, öncə və sonra alınan travmalar təsir edir. Amma paranual pozuntular ciddi şəxsiyyət pozuntusudur. Burada ciddi yıxıcı davranış pozuntuları yaranır. Bu da müalicə olunmayanda, gizli dönəmdə və şəxsiyyətin formalaşdığı 8-13 yaşında artıq xəstəliyin əsasını qoyur. Nəticədə affekt durum yaradır. Bu, şübhələnmə deməkdir. Həmin anda şəxs insanın etmədiyi əməlin gözündə canlandırılmış tablosunu görür və ona xəsarət yetirməyə başlayır. Daha çox da ölümə meylli olur. Çünki ölməyənə qədər əlindəki soyuq silahı, yaxud da küt aləti yerə qoymur. Çünki məqsədi onu öldürməkdir”.

Psixoloq vaxtında müalicə olunmadığı təqdirdə, aqressiyaların daha ağır fəsadlara yol açdığını bildirib və valideynlərə xəbərdarlıq edib:

“Vaxtında üstünə düşməyəndə, “uşaqdır, böyüyəndə keçib gedər” deyə, boş buraxdığımız adi xəstəliklər sonradan belə ağır fəsadlara gətirib çıxarır. Burada birbaşa səbəbkar ailə və valideyndir”.

Cəvahir

COP29

www.yenicag.az

1288
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv