Artur Rəsizadə sədr seçildi

media-hightechnic-468x90

iukjjhjhAprelin 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan  verilən xəbərə görə, Azərbaycan Respublikasının baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2013-cü il büdcəsinin icrası məsələlərinə baxılıb.

Şura fondun icraçı direktoru Şahmar Mövsümovun təqdim etdiyi 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatına, fondun 2013-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PriceWaterHouseCoopers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab edib.

Bundan başqa, fondun 2013-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

A. Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib(apa).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa