ASGA və ÜA Gənclər Təşkilatı “Xocalıya ədalət” kampaniyasına qoşulub

media-hightechnic-468x90

117-600x350Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı və ASGA Ukrayna nümayəndəliyi dünyada Xocalı soyqırımının tanınmasına istiqamətlənmiş, Heydər Əliyev Fondunun vitse — prezidenti Leyla Əliyevanın rəhbəri olduğu “Xocalıya ədalət” kampaniyasına qoşulub.

Bununla bağlı gənc həmvətənlərimiz Kiyev Xarici Dillər Universitetində Ukraynada keçirəcəkləri tədbirlərinə start veriblər. Kiyev Xarici Dillər Universitetində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə açılmış Azərbaycan mədəniyyət mərkəzində Xocalı soyqırımı qurbanları anılıb. Anım tədbiri ÜAGT –ın aktiv üzvləri İpək Hüseynzadə, Nigar Əmirzadə, Cənnət Beybudova və Valeriya Kolobovanın təşkilatçılığı ilə keçirilib. Anım tədbirində Xarici Dillər Universitetinin əsasən ukraynalı müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə ilk olaraq prorektor İnna Yuryevna çıxış edib. O, Azərbaycan və Ukrayna xalqlarının qardaş, dost xalqlar olduğunu bildirib. İ.Yuriyevna qeyd edib ki, Xocalı soyqırımı sadəcə azərbaycanlılara qarşı deyil, ümumi insanlığa qarşı törədilmiş soyqırımıdır. Sonra Xarici Dillər Universitetinin professoru, türk əsilli Nevzat Kayabaş, ÜAGT –ın sədr müavini və Azərbaycanın Ukraynadakı səfirliyinin təmsilçisi İsgəndər Zamanov, ÜAGT icraçı drektoru Elməddin Zərbəlizadə, ASGA Ukrayna nümayəndəliyinin başçısı Xəzri Elxanoğlu və digər ukraynalı və azərbaycanlı gənclər çıxış ediblər. Çıxışlardan sonra tədbir iştirakçıları, Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Xocalı şəhərinin tarixi” adlı videoçarxa baxıblar. Sonda, tədbir təşkilatçıları soyqırımı qurbanlarının xatirəsinə düzəldilmiş stendin önünə güllər qoyublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600