Astarada avtomobil su arxına düşdü, ölən var

media-hightechnic-468x90

Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə yenicag.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə, Astara rayonunun Şahağac kəndində “Lexus” markalı minik avtomobilinin yol kənarındakı su arxına düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri 1967-ci il təvəllüdlü Quliyev Fazil Ağarəhim oğlunun meyitini yarıbatmış vəziyyətdə olan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600