Astarada dəhşətli qəza

media-hightechnic-468x90

64097Ötən gün axşam saat 20-21 radələrində Ələt-Astara yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, hadisə yolun 202-ci kilometrliyində, Astara rayonu ərazisində qeydə alınıb.

Astara şəhər sakini 1986-cı il təvəllüdlü Vasif Şəfadət oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil ilə şəxsiyyəti hələlik məlum olmayan şəxsin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən hər iki maşın deformasiyaya uğrayıb. Hadisədə bir nəfər ölüb, 5 nəfər yaralanıb.

“VAZ” markalı avtomobildə olan sərnişin 1997-ci il təvəllüdlü Həsən Gülağa oğlu Hüseynovdur.

Yaralılardan 1996-cı il təvəllüdlü Mirabbas İlqar oğlu Rəhimov, 1996-cı il təvəllüdlü Əkbər Füzuli oğlu Rəhmətzadə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onların “VAZ” markalı maşında sərnişin olduğu bildirilir. Bundan başqa, “VAZ”-dakı maşının sürücüsünün vəziyyəti daha ağırdır. Onun komada olduğu bildirilir.

Qəza nəticəsində “Mercedes”in sərnişinləri 1996-cı il təvəllüdlü Qulam Şücaət oğlu Qulamzadə və 1994-cü il təvəllüdlü Elvin Yusif oğlu Əlizadədir. Onların vəziyyəti nisbətən yaxşıdır.

Qeyd edək ki, qəza nəticəsində “Mercedes” markalı maşının sürücüsü xəsarət almayıb.

İlkin ehtimala görə, qəza sürət həddinin aşması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsidir.

Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600