Ata həbsdəki oğluna narkotik keçirmək istədi

media-hightechnic-468x90

Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Yenicag.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Cəmil Qeysər oğlu Məmmədovla görüşə gəlmiş atası Şuşa rayon sakini Qeysər Cəmil oğlu Məmmədovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,106 qram narkotik maddə – marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa