Atəşkəs pozuldu – 24 dəfə

media-hightechnic-468x90

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa