Gürcüstan millisi AVRO 2024-ə qatılacaq son heyətini açıqlayıb.
Yenicag.az xəbər verir ki, 26 nəfərlik heyətlə bağlı bir sıra maraqlı məqamlar var.
Milliyə dəvət alan futbolçulardan cəmi 2-si yerli liqada çıxış edir: Giorgi Loriya (“Dinamo” Tibilisi) və yarımmüdafiəçi Giorgi Tsidaişvili (“Dinamo” Batumi).
Millinin ən əsas ulduzu isə 23 yaşlı Xviça Kvaratsxeliyadır. O, yığma heyətində 29 oyuna çıxıb və 15 qolla yadda qalıb.
Qonşu ölkənin seçməsində Avropanın TOP 5 liqalarından nə az nə çox, 6 futbolçu yer alıb.
Milli komandalar arasında daha çox Uruqvay seçməsi belə statistikalarla diqqət çəkir. 2010-cu ildə keçirilən dünya çempionatı zamanı 23 nəfərlik heyətdə cəmi 3 futbolçu yerli liqada çıxış edirdi.
www.yenicag.az