Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.
Yenicag.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Rusiyada Moskvanın ÇSKA klubu Serbiya “Srvena Zvezda”sı ilə üz-üzə gəlib. Belqradda keçirilmiş ilk oyunda qolsuz heç-heçə qeydə alınmışdısa, cavab matçında Moskva təmsilçisi minimal hesabla qalib gələrək 1/8 finala ilk vəsiqəyə sahib çıxıb.
Bu mərhələnin qalan oyunları sabah keçiriləcək.
Avropa Liqası
1/8 final, cavab oyunu
21 fevral
ÇSKA (Moskva) – Srvena Zvezda 1:0 (ilk oyun – 0:0)
Qol: Alan Dzaqoyev, 45.
www.yenicag.az