Avropa çempionatı: Jalə Əliyeva və Birgül Soltanova yarımfinala yüksəlib

media-hightechnic-468x90

Azərbaycanın iki qadın güləşçisi – Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, J.Əliyeva 1/4 finalda Finlandiya təmsilçisi Yenna Hemiaeni məğlub edib.

B.Soltanova isə eyni mərhələdə Krista İntseni (Rumıniya) üstələyib.

Ruzanna Məmmədova (62 kq) Amina Tandelovaya (UWW) uduzaraq yarımfinaldan kənarda qalıb.

Bu gün digər qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal uğrudna qarşılaşmaya çıxacaq.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi millisi komanda hesabında birinci olub.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05