Avropa Çempionatı – Qadın şahmatçılarımızdan uğurlu çıxış

media-hightechnic-468x90

Riqada qadın şahmatçıların şəxsi Avropa Çempionatının növbəti turunun oyunları keçirilib. Yeniçağ.az-ın məlumatına görə, IV turu Azərbaycan yığması üçün uğurlu hesab etmək olar.

media-banner_tkm

Belə ki, qara fiqurlarla növbəti qələbəsini qazanan Zeynəb Məmmədyarova lider olub. Onun kimi Günay Məmmədzadə, Xəyalə Abdulla və Nərmin Məmmədova da partiyalarını 1 xalla başa vurublarlar.Türkan Məmmədyarova isə bu dəfə də məğlubiyyətə üzülüb.

IV tur

Alisa Qalliamova (Rusiya, 2444) – Zeynəb Məmmədyarova (2322) – 0:1
Natalya Jukova (Ukrayna, 2438) – Ülviyyə Fətəliyeva (2287) – 0,5:0,5
Günay Məmmədzadə (2348) – Antuanetta Stefanova (Bolqarıstan, 2527) – 1:0
Yovanka Huska (İngiltərə, 2397) – Xəyalə Abdulla (2241) – 0:1
Gülnar Məmmədova (2357) – Yelena Semenova (Rusiya, 2212) – 0,5:0,5
Xanım Balacayeva (2196) – Anna Varakomska (Polşa, 2343) – 0:1
Turkan Məmmədyarova (2267) – İrmak Arda (Türkiyə, 2089) – 0:1
Gövhər Beydullayeva (2054) – Kübra Öztürk (Türkiyə, 2261) – 0:1
Nərmin Məmmədova (2240) – Mariya Kuivatsu (Yunanıstan, 2016) – 1:0

Turnir cədvəli: 1. Z. Məmmədyarova – 3,5 xal; 12. Fətəliyeva, 20. Məmmədzadə – hər ikisi 3; 39. Abdulla – 2,5; 78. N. Məmmədova, 82. G. Məmmədova – hər ikisi 2; 94. Balacayeva – 1,5; 114. T. Məmmədyarova, 126. Beydullayeva – hər ikisi 1.

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05