!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı Gürcüstan hökuməti ilə görüşləri dayandırdı – SƏBƏB

!Reklam – Yazi

“Avropa İttifaqı hakim “Gürcü arzusu” partiyasının anti-Avropa hərəkətlərinə və ritorikasına cavab olaraq Gürcüstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib”.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski “Exo Kavkaza” nəşrinə müsahibəsində deyib.

O, məlumat verib ki, yayda üzv dövlətlərlə Aİ ilə dost olmayan Gürcüstan hökumətinə münasibətin necə olması barədə daxili müzakirə aparılıb.

“Bundan əlavə, anti-Qərb və anti-Avropa hekayələrinə, təbliğat və konspirasiya nəzəriyyələrinə necə yanaşmalı olduğumuzu müzakirə etdik və Gürcüstanın hazırkı hökuməti ilə yüksək səviyyəli əlaqə saxlamamağa qərar verdik. Çünki son aylarda Gürcüstana səfərlər, Brüsseldə Gürcüstan hakimiyyətinin nümayəndələri ilə yüksək səviyyəli görüşlər olmayıb”, – deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, ali qurum yalnız Aİ-yə qoşulmağa hazır hökumətlə işləməyə çalışır.

“Gürcüstan təkpartiyalı dövlətə, siyasi müxalifətin qadağan olunduğu, vətəndaş cəmiyyətinin xaricə işləmək məcburiyyətində qaldığı ölkəyə çevrilsə, elementar insan haqları, o cümlədən azlıqların hüquqları qorunmasa, Gürcüstan bunu edə bilməyəcək. Avropa Birliyinə üzv olmaq – bu gün deyil, nə sabah, nə də o biri gün”, – Qerçinski bildirib.

Onun sözlərinə görə, bunlar azadlıq, demokratiya, qanunun aliliyi və azlıqların hüquqlarıdır.

Qerçinski ümid edir ki, oktyabrın 26-da keçiriləcək seçkilərdə gürcülər bu dəyərlərə sadiq olan yeni hökumət seçəcəklər.

“Hansı partiyaya səs vermək sizin ixtiyarınızdadır, lakin mən deməliyəm: zəhmət olmazsa, çıxıb səs verin, sizin səsiniz həqiqətən çox vacibdir. Biz qəlbdən ümid edirik ki, 26 oktyabrda keçiriləcək seçkilərdə fəallıq tarixən yüksək olacaq və siz ölkənizin gələcəyini kollektiv şəkildə müəyyən edəcəksiniz”, – deyə səfir əlavə edib.

Xatırladaq ki, Aİ Gürcüstan hökumətinin antidemokratik hərəkətlərinə və anti-Qərb ritorikasına cavab olaraq bu ölkənin vətəndaşları üçün vizasız rejimi dayandırmağa hazırdır. Gürcüstanın baş naziri İrakli Kobaxidze söyləyib ki, viza sazişinə istənilən dəyişiklik “ucuz şantaj” olacaq.

Qeyd edək ki, Gürcüstan parlamenti Rusiyanın “Xarici agentlər haqqında” qanunu ilə müqayisə edilən qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanunu cari ilin aprel ayında qəbul etdikdən sonra Aİ sammiti bəyan edib ki, bu, faktiki olaraq Gürcüstanın Avropaya inteqrasiya prosesini dayandırır.

Oktyabrın 3-də isə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili LGBT icmasının hüquqlarını məhdudlaşdıran qanunları, xüsusən də ölkə prezidenti Salome Zurabişvili tərəfindən imzalanmayan “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

75
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv