Avtobus piyadanı vuraraq öldürüb

media-hightechnic-468x90

piyada_olumu_233Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 12-də saat 20:30 radələrində, Sabunçu qəsəbəsi Şəhər Şosesində Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Yusif Səmədov idarə etdiyi “İsuzu “markalı 148 saylı xətt avtobusu ilə Yardımlı rayon sakini 1972-ci il təvəllüdlü Mahir Həsənovu vurub. Ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırma aparılır(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600