Avtomobil motosikletlə toqquşub

media-hightechnic-468x90

img1449898İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

İmişli rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Sabirabad rayon sakini Zahid Atakişiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan İmişli sakini Adil Qasımovun idarə etdiyi motosiklet toqquşub.

Qəza zamanı motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan A. Qasımov Bakıdakı xəstəxanalardan birinə aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600