!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil qarşı yola çıxaraq qəza törədib: Ölən və xəsarət alanlar var - FOTOLAR

!Reklam – Yazi

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Bayıl şossesində qeydə alınıb.

Musayev Anar İlham oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını Azneft dairəsindən keçmiş Bayraq meydanı istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun ortasındakı işıq dirəyinə dəyib. Avtomobil daha sonra əks hərəkət zolağına çıxıb və qarşı yolla Namiq Soltanovun idarə etdiyi “VAZ 2109” markalı minik maşınına çırpılıb. Yol qəzası nəticəsində “Mercedes”in sürücüsü A.Musayev dünyasını dəyişib. Onun bir sərnişini və “VAZ 2109”-da olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Səbail RPİ-nin və DYPŞ-nin əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.

www.yenicag.az

3413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv