!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Axtarışda olan narkotacirlər SAXLANILDI

!Reklam – Yazi

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Yenicag.az xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi və Əlahiddə Çevik Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə axtarışda olan Cəlilabad rayon sakinləri – 1985-ci il təvəllüdlü F. Tomarov və 1986-cı il təvəllüdlü Q. Həsənov saxlanılıb.

Q. Həsənovun üzərində aparılan axtarış zamanı 52 qram marixuana , 0,5 qram metadon, 22, 865 metamfetamin, 2,049 qram tiryək, 115, 894 qram heroin aşkar edilib.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin və Post Patrul Bölüyünün əməkdaşları tərəfindən vətəndaş yoxlanılan zaman onun üzərində külli miqdarda narkotik aşkarlanıb.

Binəqədi rayon 6-cı Polis Şöbəsinə təhvil verilən şəxsin Abşeron rayon sakini, 1988-ci il təvəllüdü A. Alxanov olduğu müəyyənləşib. Ondan 0,231 qram heroin, 1,998 metamfetamin 0,104 metadon götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv