Ayan: “Neçə il öncə çəkilmiş fotoya baxıb …“

media-hightechnic-468x90

fdfgfhghAna olandan sonra bir müddət yaradıcılıq işlərinə fasilə verən müğənni Ayan Babakişiyeva haqqında təzə xəbər var.

Sənətçi  açıqlamasında bu gün uzun müddətdir hökm sürən sükutu pozacağını bildirib. Səsyazma studiyasına yollanan sənətçi, sözləri Zemfira Əlişqızına, musiqisi Elçin İmanova aid olan “Qorxuram gecələrdən” mahnısını lentə yazdıracaq:

“Mahnı beş il əvvəldən var idi. Elçin müəllim bəstələyib. Onu lentə yazdırmaq istəyəndə başqa mahnılar çıxdı. Elçin müəllim də mahnını bir müddət saxlamağı məsləhət gördü. İndi uzun sürən fasiləni bu bəstə ilə bitirmək istəyirik. Sözlərinə baxmayaraq, mahnı dinamikdir. Bunu ardınca başqa müəlliflərin daha bir neçə mahnısı yazılacaq”.

Ayan söhbətinin davamında burnundan əməliyyat olunduğu barədə yayılan xəbərə münasibət bildirib:

“Yazıblar ki, guya mən burun əməliyyatı keçirmişəm. əgər belə şey olsaydı, gizlətməzdim. Neçə il öncə çəkilmiş bir fotoya baxıb nəticə çıxartmaq olmaz. İnsan fotolarda fərqli düşür”(axşam.az).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa