Azərbaycanda bir çox məmur övladlarının toy mərasiminə məşhur türk müğənniləri ilə yanaşı, mütəmadi dəvət alan yerli sənətçilərdən biri də Ayaz Qasımovdur.
“Maraqlıdır, türk sənətçiləri ilə müqayisədə Ayaz Qasımovun qonorarı arasında fərq böyükdürmü?
Yenicag.az-a açıqlama verən müğənninin cavabı belə oldu:
“Öz vətənimizdə toya hansı qiymətə gedirəmsə, onu da alıram. Başqası toya hansı qiymətə gedirsə, bu da onun öz işidir. Bu barədə danışmağa ixtiyarım da yoxdur. Mən sadəcə olaraq, toyda öz işimi görürəm. Yəni mahnımı oxuyub, çıxıram. Toy sahibinin kim olduğunu heç soruşmuram. Qiyməti də prodüserim danışır.
“Bir toydan nə qədər qonorar alırsız?”
Aldığımız cavab gözlənilən oldu: “Bu barədə danışmaq istəmirəm”.
Qeyd edək ki, A.Qasımov bir müddət öncə Yenicag.az-a müsahibəsində toya hansı qiymətə getdiyi barədə belə deyib:
“Yazırlar ki, Ayaz toya 6 min manata gedir. Bu, mənə problem yaradır, çünki toya bundan da baha qiymətə gedirəm”.
Cəvahir
www.yenicag.az