Aydın Əliyev vətəndaşlarla görüş keçirəcək

media-hightechnic-468x90

50611Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İmişlidən olan vətəndaşları qəbul edəcək.

media-banner_tuq

Yenicag.az anspress-ə istinadən bildirir ki, görüş fevralın 27-də, saat 11:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində (20 yanvar küç.) baş tutacaq.

Qəbul zamanı bölgədə yerləşən rayonların – İmişli, Beyləqan, Füzuli, Ağcabədi rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 26-sı saat 11:00-dək “192”Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Xudafərin Gömrük İdarəsi (əlaqə telefonu: (021) 222-24-84) ilə əlaqə saxlayıb qəbulayazıla bilərlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05