Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasından 2 il ötür.
Bunnula bağlı Agentliyin icraçı direktoru Aygün Əliyevanın sosial şəbəkə hesabındankı paylaşımında bildirib:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 19 aprel tarixində Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Agentliyin yaradılması haqqında Fərman imzalayıb. Agentlik qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının dəstəklənməsi, qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və s. istiqamətlərdə fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Ötən iki il ərzində nizamnamə məqsədlərinə uyğun olaraq QHT-lərin inkişafı, onların stimullaşdırılması istiqamətində önəmli fəaliyyətlər icra olunmuşdur. Bu xoş missiyada Agentliyin fəaliyyətinə dəstək olan, vətəndaş cəmiyyətinin inkişafında əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk”.
www.yenicag.az