Aygün Kazımova: “Vəfasızlar unudulmur” - VİDEO

media-hightechnic-468x90

Xalq artisti Aygün Kazımova doğum günündə yeni klipini sevənlərinin ixtiyarına verib.

Yenicag.az xəbər verir ki, pop diva “Vəfasızlar unudulmur” adlı mahnının klipini Moskvada lentə alınıb.

Sözləri Şahin İlqar, musiqisi İsmayıl Əsədova məxsus olan mahnının ekran versiyasının rejissor və layihə rəhbəri İbrahim Zahidlidir.

Çəkiliş Rusiyanın məşhur “Mag film Moscow” şirkətinin heyəti tərəfindən gerçəkləşdirilib.

Klipdəki modellər də Rusiyadan seçilib.

Diva klipdə beş fərqli obraz yaradıb.

Kazımovanın stili üzərində dizayner Ülkər Zahidli çalışıb.

Aygün Kazımova klipdə vəfasızlıqla üzləşən qadın obrazını canlandırıb.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600