Aygün sirrini açdı: “Məni yaşadan bu sevgidir” – FOTOLAR

Bu günlərdə 47 yaşını qeyd edən xalq artisti, pop-diva Aygün Kazımova film təqdimatlarının birinə qatılıb.

İllərə meydan oxuyan sənətçi Yenicag.az-ın fotokamerasına poz verib. O, eyni zamanda, gözəllik sirrini də açıqlayıb:

“Mənim gözəllik sirrim sevgidir. Qəlbim məhəbbətlə doludur. Sənətə olan eşqimdən böyük heç nə yoxdur, məni yaşadan da bu sevgidir ”.

Pop-diva “Qəlbini oğurlayan birisi varmı?” sualına yumorla belə cavab verib:

“Oğrularla işim yoxdur. Mən qəlbimi özüm verirəm, oğurlatmıram”.

Cəvahir
Foto:Cəmalə

COP29