Azay Quliyev səfirlərlə Bakı Parlament Platformasını müzakirə etdi - FOTO

media-hightechnic-468x90

Milli Məclisin deputatı, Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının (Bakı Parlament Platforması – BPP) kordinatoru Azay Quliyev Milli Məclis Sədrinin müavini Bahar Muradova ilə birgə İtaliyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşərək ikitərəfli əməkdaşlığın genişləndirilməsini və bu ölkələrin Bakı Parlament Platformasına qoşulmasını müzakirə edib.

Xatırladaq ki, Bakı Parlament Platforması 12 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi, Almaniya Bundestaqı və Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətləri tərəfindən təsis edilib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600