“Azərbaycan AİB-ə də qoşulmayacaq”

media-hightechnic-468x90

üErmənilər hesab edirlər ki, Dağlıq Qarabağ Azərbaycandan AİB üzvlüyü qədər məsafədə aralıdadır.

Bunu politoloq, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq bildirib ki, yönümündən asılı olmayaraq Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəsinə münasibət bildirməyən erməni eksperti yoxdur. Bəzi ermənipərəst rus ekspertləri də bu fikirdədirlər: “Bəzi siyasilər hesab edirlər ki, RF indi Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etməyə çalışır və ənam kimi Dağlıq Qarabağı Azərbaycana qaytaracaq və bu məsələdə Ermənistandan heç nə asılı deyil. Həqiqətən Ermənistandan heç nə asılı deyilmiş. İndi Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi insidentlərin sayının artması barədə KTMT-ə rəsmi məlumat verə bilmir. Ermənistan Xarici İşlər Nazirliyinin Silahlanmaya nəzarət və Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Samvel Mkrtçyan Ermənistan prezidenti S.Sərkisyanı və müdafiə naziri S.Ohanyanı ifşa edən açıqlama yaydı: RF Azərbaycana satdığı silahlar haqda Ermənistana heç bir məlumat vermir”.

M.Əhmədoğlu deyib ki, son vaxtlaradək prezident və müdafiə naziri Rusiyanın Azərbaycana silah satmasına münasibət bildirərkən həmişə xüsusi olaraq qeyd edirdilər ki, Rusiya Azərbaycanla imzaladığı bütün silah müqavilələri barədə dərhal Ermənistanı məlumatlandırır: “Avrasiya İqtisadi Birliyinə üzv olmağa cəhd edən Ermənistan bu qurumun bütün şərtlərini yerinə yetirdiyini Baş nazir O.Abramyan rəsmən bəyan etdi. Avrasiya İqtisadi Birliyinin əsas tələbi Ermənistanla Dağlıq Qarabağ arasında gömrük poçtlarının qurulmasıdır. Demək, bu şərt yerinə yetirilib. Eləcə də eyni məhsulun Dağlıq Qarabağdakı qiyməti Ermənistandakı qiymətdən 15-20 faiz baha olacaqdır.

Ermənistanın xeyrinə heç bir dəyişiklik baş verməyib, lakin vaxtaşırı Ermənistanın ziyanına baş vermiş proseslər barədə məlumatlar yayılır. Hətta erməni iyrəncliyi Böyük Britaniya lordlar Palatasının üzvü, Baronessa Koksu ermənilərindən üz çevirməyə vadar etdi. Özlərini öyməyi xoşlayan dünya erməniliyi indi açıq şəkildə etiraf edirlər ki, Dağlıq Qarabağın taleyi Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasından asılıdır, yəni ermənilərdən heç nə asılı deyil. Amma əminliklə deyə bilərik ki, Azərbaycan AİB-ə də qoşulmayacaq, eyni zamanda Dağlıq Qarabağı da qaytaracaqdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600