Futbol üzrə Azərbaycan I Divizionunda 2017/2018-ci illər mövsümünün qalibi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, Bakının “Xəzər” klubu debüt mövsümündə qızıl medallara yiyələnib. Bu gün keçirilən XXVI turda “Zaqatala” ilə qarşılaşan paytaxt təmsilçisi 3:2 hesabı ilə qalib gələrək, son turun nəticələrindən asılı olmayaraq, 1-ci yeri təmin edib.
Qalibin müəyyənləşməsində 2-ci pillədə qərarlaşan “Qaradağ Lökbatan”ın xal itkisi də rol oynayıb. Səfərdə “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan paytaxt klubu üçün xal hesabını 50-yə çatdıran Elşad Əhmədovun yetirmələri əlçatmaz olub.
Qızıl medal şansını itirən “Qaradağ Lökbatan” isə 2-ci yeri təmin edib. 3-cü pillədə qərarlaşan “Şüvəlan”ın səfərdə “Mil-Muğan”a uduzması gümüş medalların taleyinə aydınlıq gətirib. Belə ki, 46 xala malik “Qaradağ Lökbatan” şüvəlanlılardan 4 xal öndə qərarlaşıb.
Bürünc medalların sahibi mövsümün son turunda müəyyənləşəcək.
www.yenicag.az