Azərbaycan cüdo üzrə Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatında ilk medalını qazanıb.
Yenicag.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan Əhməd Yusifov bürünc mükafata sahib çıxıb.
Digər Azərbaycan təmsilçisi Balabəy Ağayevla qarşılaşan idmançı üçüncü yeri tutub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq./report/













