Azərbaycan “Eurovision-2022”- də bu mahnı ilə təmsil ediləcək

media-hightechnic-468x90

Azərbaycanı “Eurovision-2022”də təmsil edəcək mahnı seçilib.”də təmsil edəcək mahnı seçilib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkəmizin təmsilçisi Nadir Rüstəmli bildirib.

“Ən çox sizinlə paylaşmaq istədiyim xəbəri nəhayət paylaşıram – mahnımız seçilib. Hətta onu artıq studiyada da yazmışıq. Seçim mərhələsində o qədər həyacanlı idim, məhz bu mahnının seçilməsini istəyirdim və elə də oldu”, – ifaçı qeyd edib.

Mahnının adı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Eurovision-2022” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600