Yenicag.az xəbər verir ki, bunu “Bayer”in baş məşqçisi Xabi Alonso “Qarabağ”la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşən ispaniyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
– Bu oyunda Qurban Qurbanov – Xabi Alonso dostluğu nəticəyə necə təsir göstərdi?
– Oyuna təsiri futbolçular göstərir, biz yox.
– “Bayer” uduzmayan komandadır. Bu gün məğlub olsaydı, buna çox üzüləcəkdiniz?
– Məğlubiyyətə çox fokuslanmadım, əsas komandada enerji olsun. Futboldur, hər şey ola bilər. Bu gün “Qarabağ”ın bəxti gətirmədi, yaranan şanslardan istifadə etmədi, biz isə ikinci qolu vura bildik.
– “Qarabağ” haqqında nə düşünürsünüz, fikirləriniz nədir?
– Azərbaycan futbolu deyəndə ağlıma “Qarabağ” gəlir. Keyfiyyətli klubdur. Qurban müəllim Avroliqada uğur qazana bilib.
– 3 oyundan sonra necə düşünürsünüz “Qarabağ”ın futbolçuları Avropanın top 5 liqalarında oynaya bilər?
– Tək-tək futbolçuların adını çəkməyəcəm, amma “Qarabağ” Bundesliqada oynayacaq gücdədir./Qafqazinfo/
www.yenicag.az