Azərbaycan gələn il açacağı yeni səfirliklərinə 16 milyon manat xərcləyəcək

media-hightechnic-468x90

Azərbaycanın gələn il İsrail, Albaniya və Keniyada açacağı səfirliklərinin, Fələstində açacağı nümayəndəliyinin saxlanılmasına 15,9 milyon manat yönəldilməsi planlaşdırılır.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, parlamentin saxlanılması xərclərinin isə 4,1 milyon manat artırılması nəzərdə tutulub. Beləliklə, ümumilikdə 20 milyon manat əlavə xərc gözlənilir ki, bu da Naxçıvana dotasiyanın azaldılması hesabına baş tutacaq. Artıq bu məsələ muxtar respublikanın rəhbərliyi ilə razılaşdırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600