Azərbaycan Gəncləri Norveçdə – Foto
“İRƏLİ” İctimai Birliyinin gəncləri Avropa komissiyasının icra etdiyi “Erasmus +” Gənclər mübadiləsi çərçivəsində Norveçin Alta şəhərində keçirilən “Filling the Gaps”Training and networking seminarında Azərbaycanı uğurla təmsil edirlər.
Layihəni təşkilatçıları Leppe-ganespalte foreningen (Norveç) ve Natur Kultur (Almaniya) təşkilatlarıdır. Layihədə Azərbaycanla yanaşı Türkiyə, Misir, Makedoniya, Almaniya, Ukrayna, Birləşmiş Kırallıq, İspaniya, Norveç iştirak edir.
Layihənin əsas məqsədi təşkilatların beynəlxalq bilik təcrübəsini artırmaq, təşiklatlar arası Erasmus+ proqramını daha da aktivləşdirmək, proqram və partner ölkələr arasında körpü və uzun müddətli əməkdaşlığın qurulmasıdır. Layihə müdəttində iştirakçılara Erasmus+ beynəlxalq təcrübə haqqında ətraflı məlumat verilmiş, və praktiki bacarıqları artırılmışdır. Həmçinin layihə müddətində “İRƏLİ” İctimai Birliyini nümayəndələri Almaniyanın Natur Kultur təşkilatı ilə uzun müddətli memorandum imzalanmışdır. Memoranduma əsasən, iki təşkilat arasında gənclər mübadiləsi həyata keçirəcəkdir, təcrübə proqramları reallaşdıracaqdır və layihələr keçirəcəkdir. Qeyd edək ki, “İRƏLİ” İB bir çox digər təşkilatlarlada əməkdaşlıqlar qurmuşdur belə ki, Türkiyədə keçiriləcək Erasmus+ layihəsində “İRƏLİ” İctimai Birliyi teşkilatı komitedədir.
Qeyd edək ki, layihədə “İRƏLİ” İctimai Birliyindən Bəyimxanım Məmmədova, Aydan Qasımova, AİESEC-dən Məryəm Məcidova və Skaut təmsilçisi Hacı Məmmədov təmsil edirlər.