Azərbaycan güləşində yeni rekord

media-hightechnic-468x90

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atdı.

Yenicag.az xəbər verir ki, qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutub.

Türkiyə 155 xalla çempion olub. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu olub. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600