İsrailin baş naziri Benyamin Netanyahunun sabah Azərbaycana nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də İsrail-Fələstin münaqişəsi olacaq.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, danışıqlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı tərəflər fikir mübadiləsi aparacaq, Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək.
Qeyd edək ki, Azərbaycan beynalxalq hüquqa uyğun olaraq, habelə BMTsənədlərinə əsaslanaraq Fələstinin haqlı mövqeyini hər zaman dəstəklədiyini bəyan edib.
B. Netanyahu dekabrın 14-də Azərbaycandan Qazaxıstana yollanacaq.
Yenicag.az
www.yenicag.az