19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq turnirində iştirak edəcək.
Yenicag.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
İyunun 3-dən 11-dək keçiriləcək turnirə Moldovanın Tiraspol şəhəri ev sahibliyi edəcək. Millimizin rəqibləri Qazaxıstan, Türkiyə və Moldova yığmaları olacaq.
U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq. Tiraspoldakı matçlar Bakı vaxtı ilə 20:30-da, digər qarşılaşma 18:00-da başlayacaq.
Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək. U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
4 iyun
20:30. Azərbaycan (U-19) – Qazaxıstan (U-19)
7 iyun
18:00. Azərbaycan (U-19) – Türkiyə (U-20)
10 iyun
20:30. Azərbaycan (U-19) – Moldovanın (U-19)
www.yenicag.az