Azərbaycan payızda ikinci peyki orbitə buraxacaq

media-hightechnic-468x90

Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı 2018-ci ilin sentyabrına planlaşdırılıb.

Yenicag.az-ın məlumatına görə, bunu “The John Batchelor Show” (ABŞ) radio şousunun efirində “Azərkosmos” ASC-nin prezidenti Rəşad Nəbiyev deyib.

R.Nəbiyev qeyd edib ki, hazırda orbitdə Azərbaycanın iki peyki var; Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropada telekommunikasiya xidmətləri göstərən “Azerspace-1” və bütün dünya üzrə, eləcə də “Google” kimi iri şirkətlərə xidmət göstərən “Azersky” peykləri var.

R.Nəbiyev əlavə edib ki, kosmik xidmətlər bazarı sürətlə dəyişir və bu sektorda getdikdcə daha böyük rolu startaplar oynayır.

Qeyd edək ki, “Azerspace-2/Intelsat 38” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan buraxılacaq./Trend/

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600