!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Qran Prisi də təxirə salınıb - RƏSMİ

!Reklam – Yazi

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bu il iyun ayında keçirilməsi planlaşdırılan Azərbaycan Qran Prisini təxirə salmağı qərara alıb.

Yenicag.az BŞH-nin rəsmi saytına istinadən bildirir ki, bu qərar Formula1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Azərbaycan Respublikası hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində qəbul olunub. Həmçinin davam edən qlobal COVİD-19 pandemiyası və bu xəstəliklə əlaqədar səlahiyyətli tərəflərin təqdim etdiyi mütəxəssis rəyləri sözügedən qərarın alınmasını zəruri edib.

Yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdır.

“Əməliyyat şirkəti avtoidman həvəskarlarının bu ilin iyununda Bakının mərkəzi küçələrində keçirilməsi nəzərdə tutulan möhtəşəm yarışı həmin tarixdə izləyə bilməyəcəklərinə görə yaşadıqları təəssüf hissini bütün səmimiyyəti ilə bölüşür və çalışır ki, Formula1 rəhbərliyi, FİA və Azərbaycan höküməti ilə birlikdə Azərbaycan Qran Prisinin yeni təqvimdəki tarixini tezliklə dəqiqləşdirib bu haqda ictimaiyyəti məlumatlandırsın”, – deyə qurumdan bildiriblər.

Yeri gəlmişkən, yarışı üçün indiyədək alınmış biletlər keçərli sayılır və əldə olunan bütün hüquqlar yarışın yeni tarixinə olduğu kimi köçürülür. Yarışın yeni tarixi müəyyənləşəndən sonra bu günə qədər həm əməliyyat şirkətinin rəsmi saytından, həm də digər kanallar vasitəsilə bilet alanlara yeni seçimlər barədə ətraflı məlumat veriləcək.

COP29

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv